Qısa tanışlıq: Məktəbin tarixi
Şəhər 2№-li orta məktəb 1960-cı ildən
fəaliyyət göstərir.Ötən müddət ərzində məktəbi 3500-ə yaxın şagird qurtarıb sərbəst həyata qədəm qoymuşdur.Hal-hazırda məktəbimizdə 1011 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyyəsi ilə 103 nəfər müəllim məşğul olur.Məktəbin direktoru Rəsulov Rəsul İsmayıl oğludur. Məktəbdə təcrubəli müəllimlər çoxdur. Döş Nişanı ilə təltif olunmuşdur-Hamlet Əliyev və Yeganə Hüseynli..Müəllimlərimiz Respublika səviyyəli bir çox beynəlxalq seminar və treninqlərin iştirakçısıdı.Müəllimlərimiz qarşısına bir məqsəd qoyub:
“Azad,sərbəst,savadlı və demokratik
cəmiyyət üçün vətəndaş yetişdirmək”
Hamlet Əliyev Qasım oğlu
Bitirdiyi Ali məktəb - Bakı Dövlət Universiteti, 1997-ci il
Pilot və digər layihələrdə, habelə yeni təlim texnologiyalarının tətbiqi üzrə təlim kurslarında iştirakı və müvafiqsertifikatın
olması -
ğ1) Bakı şəhərində Məktəb Qrant Proqramı üzrə “Keçid dövründə məktəblərin təkmilləşdirilməsi” mövzusunda keçirilmiş treninqdə iştirak və sertifikat əldə edilməsi (Aprel 2004)
2) Bakı şəhərində “Debat aləminə xoş gəlmisiniz” mövzusunda keçirilmiş seminarın iştirakçısı və Ucar 2 nömrəli orta məktəbdə Məktəb Qrant Proqramını çərçivəsində yaradılmış “Vətəndaş cəmiyyətində debat təhsil mərkəzi” layihəsinin koordinatoru, təşəbbüskarı (aprel-may 2004)
3) Bakı şəhərində Məktəb Qrant Proqramı üzrə “Məktəb öyrədən icmadır” mövzusunda keçirilmiş treninqində iştirak və sertifikat əldə edilməsi (dekabr 2004 )
4) Lənkəran şəhərində Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə “Fəal İcma məktəb Proqramının Qiymətləndirilməsi” mövzusunda keçirilən beynəlxalq təcrübə mübadiləsi konfransında iştirak (dekabr 2004)
5) Ucar rayonunda Təhsil Nazirliyi və Açıq Cəmiyyət İnstitutu tərəfindən Məktəb Qrantı Proqramı çərçivəsində keçirilən treninqlərdə iştirak (mart-iyun 2005)
6) Bakı şəhərində Amerika Beynəlxalq Təhsil Şurası ACTR-ACCELS tərəfindən “Təhsildə Əməkdaşlıq” Proqramının yay institutu seminarında iştirak (iyun 2005)
7) Ucar rayonunda Azərbaycan Respublikası Ucar rayonu “Tarix Müəllimlərinin” İctimai Birliyi tərəfindən “yeni təlim texnologiyalarının hazırlanması və və ondan səmərəli istifadə edilməsi” mövzusunda seminarların təşkilatçısı və seminarda müzakirə edilən bir sıra inteqrativ dərs vəsaitlərinin müəllifi (sentyabr 2005)
8) Ucar rayonunda Azərbaycan Respublikası Ucar rayonu “Tarix Müəllimlərinin” İctimai Birliyi tərəfindən keçirilmiş “Məktəb bələdiyyəsi” mövzusunda seminarın təşkilatçısı və hazırlanmış layihənin müəllifi (noyabr 2005)
Təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə olması Azərbaycan Respublikası Təhsil Nazirliyi və Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə Litva Respublikasında “Məktəb təkmilləşdirilməsi”
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iyunun 3-dən 16-dək ölkəmizin bütün orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirildiyini qeyd edib. Səkkiz fənn üzrə keçirilən imtahanlarda 99630 şagirdin iştirak etdiyini diqqətə çatdıran nazir cari il üzrə nəticələrin ötən ildəkindən yüksək olduğunu bildirib.
Tədbirdə qeyd olunub ki, şimal bölgəsi üzrə 65 mərkəzdə 21930 şagirddən 21292-si, yəni 97,09%-i iştirak edib. Onlardan 16368 şagird, yəni 76,87% müvəffəq olanlardır. Qərb bölgəsi üzrə 69 mərkəzdə 22168 şagirddən 21386- sı, yəni 96,47%-i iştirak edib. Bu bölgədə müvəffəq olanlar 15531 nəfər, yəni 72,62%-dir. Cənub bölgəsindəki 72 mərkəzdə 23771 şagirdin 22399-u iştirak edib, bu da 94,23% təşkil edir. Qeyd olunan bölgə üzrə şagirdlərin 16108 nəfəri, 71,91%-i müsbət nəticə göstərib.
Bu gündən etibarən Respublikamızının bütün abituriyentlərinə dəstək olmaq məqsədilə Sizlərə tarix fənnindən bir-birindən maraqlı testlər təqdim edəcəyik. Əvvəlcədən bildirmək istərdik ki, bütün testlər məktəbimizin tarix müəllimi Hamlet Əliyev (Qabaqçıl Təhsil İşçisi, Republikada "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalib adına namizəd) tərəfindən hazırlanmışdır. Bütün irad və təklifləri saytımızın şərh hissəsində Hamlıet müəllimə yaza bilərsiniz. Əlavə olaraq sizə email adresini də təqdim edirik -
hamlet-tt@mail.ru
Davamına keçin və testlərə başlayın !
Qədim dünyanın xəritəsinə baxanda iki sivilizasiya qütbləri – Şərqdə Çin və Hindistan, Qərbdə isə yunan və Roma dünyası arasında türk-monqol xalqlarının məskunlaşdığı uzun ərazi zolağı diqqəti çəkir. Məhz bu bölgədə XIII əsrin əvvəllərində güclü və möhkəm təşkilata malik olan Monqol dövləti yarandı. Dövlətin yaranması ilə monqol işğalları dövrü başladı. Bu işğallar bütünlüklə ümumdünya tarixinə geniş təsirə malik oldu. Bütün Asiyanı və bir çox Avropa ölkələrini əhatə edən monqol işğalları bu ölkələrin tarixində dərin iz buraxdı.Vahid dövlətin yaradılması monqol xalqının həyatında mütərəqqi hadisə idi. Bununla monqol cəmiyyətinin ictimai quruluşunun feodallaşması başa çatdı və monqol xalqının təşəkkülündə həlledici rol oynadı.
Monqol işğalları çərçivəsində aparılan Qərb yürüşləri digər istiqamətlərdəki kimi qanlı müharibələrlə, qəddarlıqla və milyonlarla insanların zərər çəkməsi ilə müşayiət olunurdu. Tarixçilər bunu Monqolustanda XI - XIII əsrlərdə gedən bioloji-psixoloji və qeyri – adi proseslərlə, Çingiz xanın ilahi qüvvəyə malik olması ilə bağlayırdılar. Bir nəfər bu şəxs hakimiyyətə ölkədə özü gəldi, təkbaşına monqol xalqını idarə etdi və təkbaşına monqol dünya müharibəsinə başladı. Təbii ki, tarix yenidən yazılmır. Çingiz xanın ölkəni birləşdirməsi baş tutmaya bilərdi, əgər o, şəxsi keyfiyyətlərə malik olmasaydı: siyasətçi, islahatçı, diplomat və sərkərdə.
7 iyun 2009-cu il tarixində məktəbimizin IX sinif şagirdləri ekskursiyada olmuşlar. Ekskursiya Şəki, Qax və Yevlax şəhərlərinə istiqamət almışdır. Məktəbimizin bir neçə müəlliminin və valideylərinin də iştirak etdiyi ekskursiya çox maraqlı keçmişdir. Belə ki, şagirdlər öncə Şəkidə Xan sarayında olmuş, Alban məbədini izləmiş, sonra isə Qaxa gələrək İnqiloy kəndində kiçik gəzinti edərək İlisuya istiqamət almışlar. Burada şagirdlər Fizuli bağında dincəldiqdən sonra 70 metrlik İlisu şəlaləsinə - dağın yüksəkliyinə qalxmışlar.Ekskursiya boyunca şagirdlər "İKİNÖMRƏLİ" MAHNISINI oxuyaraq şənlənmişlər.
Bütün ikinömrəlilərə və Azərbaycanımıza bu yay mövsümündə xoş istirahət arzu edirik.